Xəbər verdiyimiz kimi, Şanlıurfa və Kahramanmaraşda baş verən faciələr fonunda hədəf alınan mafiya məzmunlu seriallarla bağlı yoxlamalar başladılıb.
Bizim.Media xəbər verir ki, artıq bəzi ekran işlərində dəyişikliklər edilib.
İlk addım "Yeraltı" serialından gəlib. Ekran işinin yutubda yayımlanan 12-ci bölümünün ilk fraqmanı portaldan silinib. Belə ki, bərbərin vurulması səhnəsi treylerdən çıxarılaraq yenidən təqdim olunub.
Qeyd edək ki, hazırda Türkiyədə mafiya məzmunlu "Yeraltı", "Eşref Rüya" serialları reytinqlərdə birincidir.
Bundan başqa, yayımlanan digər serillarda da ("Uzak şehir", "Halef", "Sevdiyim sensin", "Çirkin", "Güller ver günahlar", "A.B.İ", "Arka sokaklar", "Teşkilat", "Taşacak bu deniz") böyük hissəsində silahlı atışma, zorakılıq səhnələri çoxluq təşkil edir. Bundan sonra bu tip səhnələrin ciddi araşdırılacağı açıqlanıb.
Onu da əlavə edək sözügedən hadisələr fonunda "Yeraltı"nın yeni bölümü bu həftə yayımlanmayıb. (Axşam.az)



Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:11 / 17.04.2026
Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO
Hazırda oxunan: Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO
Hazırda oxunan: Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO
607763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































