Məktəblərə hücum edən yeniyetmələr arasında SENSASİON OXŞARLIQ – FOTO

Məktəblərə hücum edən yeniyetmələr arasında SENSASİON OXŞARLIQFOTO

Hazırda oxunan: Məktəblərə hücum edən yeniyetmələr arasında SENSASİON OXŞARLIQFOTO

607632

Türkiyədə bu həftə məktəblərə silahlı hücumlar törədən yeniyetmələrin profilləri bir çox cəhətdən üst-üstə düşür və bu, hücumların oxşar sosial-psixoloji səbəblərdən qaynaqlandığını göstərir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Məlumata görə, hər iki hücumçu oxşar xüsusiyyətlərlə seçilib — qapalılıq, tənhalıq və zorakılıq məzmunlu oyunlara maraq.

Nəşr yazır ki, yeniyetmələr psixoloji dəstək alsalar da, aqressiya və sosial izolyasiya əlamətləri nümayiş etdiriblər. Ekspertlər həmçinin rəqəmsal mühitin onlara təsirini də qeyd ediblər. Buraya zorakı video oyunlara aludəçilik və radikal onlayn icmalara qoşulma daxildir.
 

Mütəxəssislərin fikrincə, təhsil müəssisələrinə edilən bu hücumlar zorakılığın yeni dalğasının formalaşdığını göstərir. Bu dalğada əsas rolu rəqəmsal radikallaşma ilə psixoloji problemlərin vəhdəti oynayır.


Qeyd edək ki, aprelin 14-də Türkiyənin Şanlıurfa vilayətində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb. Hücum edən şəxs zərərsizləşdirilib.

Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi orta məktəbə daxil olaraq insanlara atəş açıb.

Yeniyetmə keçmiş polis olan atasına məxsus silahdan istifadə edib. Hadisə nəticəsində doqquz nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Yaralılardan altısı reanimasiya şöbəsinə yerləşdirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO