Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Hazırda oxunan: Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ
604205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Jony ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli Mİnskdə çıxışı zamanı səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 30 yaşlı ifaçı qrafikdən tamamilə kənara çıxıb və növbəti iki həftə ərzində bütün səhnə çıxışlarını ləğv edib.

Buna səbəb martın 27-də Minskdəki konserti zamanı səs tellərinin kəskin iltihabıdır.

Səhnədəki çıxışı zamanı Jony özünü pis hiss edib. İltihabı azaltmaq və ağrıları aradan qaldırmaq üçün ona beş adrenalin vurulub.

O, konsertə davam edib, amma vəziyyəti pisləşib.

Həkimlər ona mahnı oxumağı, hətta danışmağı belə qadağan ediblər, əks halda o, səs tellərini itirə bilər.

İfaçı hazırda həkim nəzarətindədir. Ona şişkinliyi azaltmaq, həmçinin inhalyasiya və ağciyərin nəmləndirilməsi üçün hormonal və antiinflamatuar müalicə təyin edilib.

Həmçinin üç həftə ərzində ciddi yuxu rejiminə riayət etmək və səs tellərində heç bir gərginlik yaratmamaq tapşırılıb.

Əgər onun sağalması problemsiz keçərsə, Jony aprelin 19-da konsertləri üçün səhnəyə qayıda biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO