Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Hazırda oxunan: Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO
603133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“TikTok” platformasında “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədovdan qonşusu şikayətçi olub.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, daha öncə həbs edilən “Velizar” bu barədə özü paylaşım edib.

O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib:

“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim”.

Qeyd edək ki, bir müddət öncə “Velizar” barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi.

O, müvafiq qərarla inzibati qaydada həbs olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO