QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

Hazırda oxunan: QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO
582554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparıcı Könül Muxtarova bəzi həmkarları ilə bağlı qalmaqallı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişində ad çəkmədən bəzi xanım aparıcılara irad bildirib:

“Elə xanım var ki, onunla eyni səhnədə olsam, özümə hörmətsizlik edərəm. O xanım ailə məclisinə gələcək aparıcı deyil.

Əxlaqı yol vermir. Getdiyi məclisdə aparıcının yeri səhnədir, qonaqların arası deyil. Qonaqlar arasında ev sahibinin Moskvadan gələn dostunu görəcək, yalnız onun adını çəkərək masasının ətrafında müğənnilik də edəcək. Onunla necə səhnə paylaşım ?!
 

Mən səhnədən aşağı enmirəm. Kimisə görsəm belə, hörmətim varsa, masasının yanında xüsusi salamlayaram. Amma mikrofonla reklam edib 3-5 manat götürə bilmərəm. Eləsi ilə eyni səhnədə ola bilmərəm.


Mənim səhnə aldığım məclislər, getdiyim restoranlar buna icazə verməz. Kişi məclislərini aparmıram. Heç bir problem olmasa da, sıxılıram, özümü narahat hiss edərəm. Ev yıxan aparıcılar, çoxdur, həm də lap çoxdur. O insanlarla səhnə paylaşmağa utanaram”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO