63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

Hazırda oxunan: 63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO
271605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Seda Sayan ilə Hər Şey Masada” proqramının bu həftəki qonağı aktyor Enis Arıkan olub.

Bizim.Media xəbər verir ki, Arıkan idmana başladığını, amma iştahını nəzarətdə saxlaya bilmədiyini deyib.

O bildirib: “Evimdən bir küçə aralıda idmana yazılmışam. Bir ildir ki, ilk dəfə müntəzəm şəkildə gedirəm. Məşqçi ilə çalışıram. Amma yeməyə o qədər bağlıyam ki, bir həftəyə 5 kilo kökələ bilirəm. Bu da məni çox əsəbiləşdirir”.

Enis Arıkanın bu sözlərinə cavab olaraq Seda Sayan səhər rutinini paylaşaraq izləyiciləri təəccübləndirib. O, günə çörəkotu yağı, ananas sirkəsi, şəkərsiz qəhvə və cəmi iki duzlu peçenye ilə başladığını bildirib.

Sayanın sözlərinə gülərək qarşılıq verən Arıkan isə “Bunlar yemək deyil” cavabını verib.

Seda Sayan yemək vərdişlərindən danışaraq əlavə edib:

“Məsələn, biz plov yeyəndə yanında başqa yemək yemirik. Deyək ki, badımcan yeməyi bişirdin, yanında plov yemə”.

Arıkan isə təəccüblə “Plovsuz badımcan olar, bacım?” sözləri ilə gülüş yaradıb.

Proqramdakı bu əyləncəli dialoq qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çox izləyici Seda Sayanın menyusunu “pəhriz yox, ac qalmaq” adlandırıb. Digərləri isə Arıkanı dəstəkləyərək “Doğrudan da, bunlar yemək deyil” şərhləri yazıb.

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO