Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA

Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA

Hazırda oxunan: Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA
245602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Gözümü açandan toyları xalq düşmənlərinin məclisi kimi pisləyiblər. Bu sənin, mənim balamın toyudur da... Bunun nəyi pisdir? Həmişə toy oxuyanları pisləyiblər. Toya ayıb bir şey kimi baxıblar, elə bil özləri etməyiblər".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində deyib.

Sənətçi bu yaxınlarda müğənni Şəbnəm Tovuzlunun toyda ona verilən şabaşı nümayiş etdirməsinə də münasibət bildirib:

"Bu məclislərin də müəyyən qonorarı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtı ilə mənə də qızıllar bağışlayıblar. Bu həmişə olub. O vaxt göstərməmişik. Göstərəndə də nə olar ki? Mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram ki, görünməsin. Daha sonra köməkçim gəlir və ona verirəm. Mən o pulu əlimdə sağa-sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Pulu verən də bizim xalqımızdır, qazanan da bizim vətənin balasıdır. Sadəcə toyda pul verəndə kamera qarşısında oynatmayın". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO