"İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar"

"İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar"

Hazırda oxunan: "İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar"
240784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Vacib deyil ki, o, sənət adamıdır. İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Geriyə baxanda" verilişində deyib.

Xanəndə qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:

"Mən də sənətə gələndə deyirdilər burada olan insana oxşamırsan: xasiyyətin, müəyyən xüsusiyyətlərinlə. Vacib deyil ki, bu adam bu sənətdədir. Sənətdədir deyə, onunla ailə qurmaq olmaz? Və ya, görəsən xasiyyəti necədir? Hansı peşənin sahibi olursan ol, insanın özünə layiq xüsusiyyətləri olmalıdır.
 

Kişidə isə ailəcanlılıq olmalıdır. Bəzi nüanslar var ki, olmalıdır. Sənət aləmində və ya başqa peşədə olmağı önəmli deyil. Ona görə də Nəzrin Mərdanla ailə quranda tərəddüt etmirdim. Deyirdim, Nəzrinin seçimi düzgündür. Mərdanı da tanıyırdıq. Bütün ailə quranlara sevgi, inam, etibar arzulayıram.


İnsan bir-birini anlayanda rahat olur. Bilirsən ki, bu adam sənətdədir. Mən də ailə quranda xanımları səhnəyə gəlməyə qoymurdular. Çox toya getmirdim. Kişi toylarına icazə vermirdi. Sonra yavaş-yavaş toya qoymağa başladı". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO