Alsu: “Kişim yoxdur, çünki...” - FOTO

Alsu: “Kişim yoxdur, çünki...” - FOTO

Hazırda oxunan: Alsu: “Kişim yoxdur, çünki...” - FOTO
238953
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

14 fevral "Sevgililər günü"ndə Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın estrada ulduzu Alsu şəxsi həyatı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, 41 yaşlı sənətçi bununla bağlı "Strasti" nəşrinə danışıb.

"İndi mən yalnız sənətimlə məşğulam. Hər gün səs yazma studiyasında mahnılar yazdırıram və çəkilişlərim olur. Bunlar mənə güc və əhvalıma şənlik qatır. Amma kişim yoxdur, çünki buna vaxtım yoxdur" - deyə Alsu vurğulayıb.

Hazırda üç övladından ilham alan Alsu nə vaxtsa daha bir uşaq dünyaya gətirəcəyi ehtimalından da söz açıb:

"Bu Allahın əlində olan bir məsələdir. Bunu isə mən proqnozlaşdıra bilmərəm".

Xatırladaq ki, Abramovlar ailəsindəki fikir ayrılığı ilə bağlı şayiələr uzun müddətdir ki, 2024-cü ilin mayına qədər, 18 illik evlilikdən sonra Alsu boşanmaq üçün məhkəməyə müraciət edib və həmin ilin avqustunda proses yekunlaşıb. Cütlüyə yaxın mənbələr bildiriblər ki, dağılmasına səbəb yəhudi əsilli milyarder iş adamı Yan Abramovun xəyanəti olub. Guya o, son 10 ildə həyat yoldaşına xəyanət edib. /Olay.az 

Alsu: “Kişim yoxdur, çünki...” - FOTO - foto 1
Alsu: “Kişim yoxdur, çünki...” - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO