“Məni toya çağıran yoxdur” – Sabiq nazirin xanəndə kürəkəni - VİDEO

“Məni toya çağıran yoxdur” – Sabiq nazirin xanəndə kürəkəni - VİDEO

Hazırda oxunan: “Məni toya çağıran yoxdur” – Sabiq nazirin xanəndə kürəkəni - VİDEO
238065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xanəndə Pərviz Qasımov toylara dəvət olunmamasından gileylənib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “El canlı”da danışıb:

“Məni toya çağıran yoxdur. Buradan soruşuram, ay millət, məni niyə toya dəvət etmirsiniz? Vallah mikrofonla gələcəyəm, qantellə yox. Çox qəribədir, oxuduğum mahnılar, canlı ifalar, tədbirlər, aranjimanlar... Camaatda qəribəlik yaranıb, deyirlər, “Pərvizi toya çağırsaq, necə olar?” Əla olar.

Axırıncı dəfə iki il əvvəl toya getmişəm. Sənət var, sənətə qiymət verən yoxdur. İdmana da hörmətim, sevgim var. Vətənin bayrağını qaldırmaq üçün gedirəm. Bəzi idmançılar kimi, özümü şişirdib, instaqramda kiminləsə tanış olmaq üçün etmirəm. Mən Avropa ölkəsində bayrağımızı ucaltmışam, himnimizi oxutmuşam.

Arada deyirəm, bacara bilirsənsə, sən et. Mən həm idmana vaxt ayırmışam, həm də musiqiyə. Əgər özümü idmana qurban verən insan olsaydım, efirlərdən qalardım. Amma efirdən də qalmıram. Bütün verilişlərə çıxıram, ifalar edirəm”.

Qeyd edək ki, Pərvizin həyat yoldaşı sabiq baş nazir Novruz Məmmədovun qızıdır.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO