Alim Qasımovun səhhətində problem yarandı

Alim Qasımovun səhhətində problem yarandı

Hazırda oxunan: Alim Qasımovun səhhətində problem yarandı
233510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu haqda xanəndə "İncə səhər" verilişinə müsahibəsində deyib.

A.Qasımov bildirib ki, onun ayağında revmatizm xəstəliyi yaranıb:

"Problem iki qanadlıdır. Uçur... Problem olur, düzəlir. Həyat belədir... Ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm.

Həkimə getdim. Söylədilər ki, ayağınızda şiş var, amma üzündə heç bir şey görsənmir.

Yeriyəndə rahatlığımı alıb. Bununla bağlı dərmanlar qəbul edirəm. Bir-iki gün yaxşı olur sonra yenə ağrılar başlayır. Ağrı lazımdır. Şükür Allahın məsləhətinə. O hər zaman ağrıları və xəstəlikləri mənimlə yoldaş edib. Ağrılar, xəstəliklər insanı insanlaşdırır və ürəyi kövrək edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO