Xuraman:

Xuraman: "Ərimin başqasıyla görüşməsi barədə mesaj gəldi" - VİDEO

Hazırda oxunan: Xuraman: "Ərimin başqasıyla görüşməsi barədə mesaj gəldi" - VİDEO
198668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu yaxın günlərdə mənə "Instagram" sosial şəbəkə hesabıma bir mesaj gəldi. Yazıblar ki, güya mənim həyat yoldaşım kimləsə kənarda görüşür. Həmin an həyat yoldaşıma zəng edib dedim ki, "Elçin mənə belə bir məlumat çatdırdılar". O da cavabında söylədi ki, "Xuraman sən nə danışırsan?!". Dedim ki, Elçin, sənə inanıram. Sadəcə bu yazılanlanların qarşısını almaq lazımdır ki, sənin ünvanına belə sözlər deyilməsin."

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Sənətçi bildirib ki, rejissor həyat yoldaşı Elçinə güvənir və inanır:

"Xanımlar onsuz da həyat yoldaşlarının nə etdiklərini hiss edirlər. Mən həyat yoldaşım Elçinə çox güvənirəm, inanıram. Elçinlə artıq 14 ildir ki, ailəliyəm. Bizim dörd gözəl övladımız var. Allah olmayanlara nəsib etsin. 2 qızım və 2 oğlum var. İşimdə-gücümdəyəm. Elçin mənə, mən də ona yardım edir. Bir-birimizlə anlaşırıq, bir həyat yoluna çıxmışıq. Allah bizə nəsib etsin bu yolu sonuna qədər gedək".

 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO