Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi 14 yaşında olarkən lentə alınan görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Jony sözügedən paylaşımına musiqiyə olan həvəsindən və arzularından söz açıb:
“Birinci kadrda mənim 14 yaşım var. Məndən soruşdular ki, “Həyatda nə etmək istərdin?”. Cavab verdim ki, “Müğənni olmaq”. Bu fikir uşaqlıqdan beynimdə olub. Mənim yolum adi idi. Sadəcə bacardığım yerdə oxuyurdum: məktəbdə, evdə, universitetdə, mənə yaxın insanların tədbirlərində və s. Arzu edirdim ki, musiqim eşidilsin. Buna görə də oxumağa davam etdim. Mahnılarım vasitəsi ilə dinləyicilərlə danışmaq arzusunda idim. Bu həyatın sevincini və kədərini birlikdə yaşayım. Bu kadrlarda arzuların məni hara apardığını görə bilərsiniz”.
Yayımladığı videonun sonunda müğənni “Öz xəyallarınıza, məqsədlərinizə, özünüzə inanın. Əminəm ki, bu həyatda hər şey alınacaq, gec və ya tez. Bu sadəcə zaman məsələsidir” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media