Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Hazırda oxunan: Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

188824

“Cavanşirsiz səhnəni tərk edirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.

“Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! - deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. - Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər... Əlvida, səhnə!”
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO