Elza: “Təki hər kəs Cavanşir Məmmədov kimi həyat yaşasın” - VİDEO

Hazırda oxunan: Elza: “Təki hər kəs Cavanşir Məmmədov kimi həyat yaşasın” - VİDEO

188804

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgiz izlə” ictimai-sosial verilişində mərhum Əməkdar artist Cavanşir Məmmədovun ölümündən söz açıb.  

Seyidcahan sənətkarın çoxlarına bəlli olmayan xasiyyətinin müsbət keyfiyyətlərindən danışıb: 

“Heç kim bilmir ki, necə öləcək. O torpaq bizə qismət olacaq ya yox. Biz bilimirik Allah sabah bizə nə hazırlayıb. Deyirlər ki, Cavanşir urvatsız bu dünyadan getdi. Kim bilə-bilərdi ki, Cavanşir Məmmədov dünyasını dəyişər. Heç ağlımıza da bu gəlməzdi. Təki hamı Cavanşir kimi həyat yaşasın. Onun anası tacir olub. Şəhərin mərkəzində yaşayıb. Onun Xəqani kimi oğlu var. Allah ona o cür ruzi verib. Cavanşir Məmmədov cənnəti bu dünyada qazanıb. O hər zaman kimsəsiz uşaqlara dayaq durub. O dünyada da Cavanşir əməllərinə görə sorğu-sual olacaq”. 

Qeyd edək ki, C.Məmmədov 70 yaşında evində saat 12:05 radələrində ürəktutmasından dünyasını dəyişib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO