Nuradan ATMACA: “Xalq artistəri bu cür paylaşımları bir-birinin acığına edirlər” - VİDEO

Hazırda oxunan: Nuradan ATMACA: “Xalq artistəri bu cür paylaşımları bir-birinin acığına edirlər” - VİDEO

188744

“Bir müddət əvvəl məni toyların birinə dəvət etmək istəyiblər. Ev yiyəsinə deyiblər ki, Nura Suri gələ bilməyəcək, çünki o, Amerikaya köçüb. Sonra bu məsələnin üstü açılıb. Həmin vaxt Bakıda hansısa məclislərin birindən görüntülər paylaşılıb. Orada da mən olmuşam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, qatıldığı toylardan sosial şəbəkə hesabında video paylaşmağı özünə ayıb bilir: 

“Bu dəqiqə dəb düşüb, Xalq artistiləri getdikləri toydan klip çəkib paylaşırlar. Konsertdir, nə olub axı? Bildik də ki, siz toya gedirsiniz. Hər dəfə bunu çəkib paylaşmağın nə mənası var? Mən utanıram getdiyim məclislərdən görüntülər çəkib sosial şəbəkə hesabımda paylaşmağa. Toyda xalxın arvadı, qızı, qohumlar varŞ hamı düşür mənim videoma və səhifəmə. Mən bu kimi məqamlara başqa cür yanaşıram”. 

Nura bu addımı atan Xalq artistlərini tənqid edib: 

“Toyum çoxdur dəyə belə şeylərlə müğənni gərək fəxr etməsin. Bu o deyil... İş görmək mahnı yazdırıb, klip çıxartmaqdır. Bunu etmək olar. Mən də gedirəm restoranlara, şou proqramlara. Obyekt yiyələri pul ödəyirlər, anons paylaşırlar və mənim adımı orada işarələyirlər. Mən də məcburam onu qəbul etməyə və nəticədə o video gəlib düşür səhifəmə. Bunu da hamı görür ki, filan yerdə, filan tarixdə səhnə alacaqsan. Səni görmək istəyəndə masa sifariş edir... Amma hər gün getdiyin filan məkandan, proqramdan video paylaşmaq məcburiyyətində deyilsən. Mən Xalq artistlərinə bunları etməyi yaraşdırmıram. Misal üçün, əgər mən hansısa məkana şou proqrama gedirəmsə oxuyan yerdə deyil, girişində gəzən və ya poz verdiyim görüntülərimi paylaşıram. Mənə isə prodüserlərin biri söyləyir ki, “Sən modelsən? Oxuduğun yerdə çəkilən görüntüləri paylaş”. Qapalı məclisdir mən oradan necə video paylaşa bilərəm? Bunu niyə edim? Deyirlər ki, bütün müğənnilər edir, sən də elə, yoxsa düşünəcəklər ki, Nura toylara getmir. Mən sadəcə paylaşmıram. Əgər insanlar fikirləşirlər ki, getmirəm qoy elə də fikirləşsin. Məni məclisində görmək istəyən onsuz da çağırır. O, Xalq artistləri bir-birinin acığına getdikləri toylardan paylaşım edirlər ki, mən sizdən artıq məclislərə gedirəm... Onların heç birinin toya getməyə ehtiyacı yoxdur”. 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO