Könül Kərimovadan ETİRAZ: “Efirdə və səhnədə çox şeyin yeri səhv düşüb” – VİDEO 

Hazırda oxunan: Könül Kərimovadan ETİRAZ: “Efirdə və səhnədə çox şeyin yeri səhv düşüb” – VİDEO 

187955

“Hərdən bəzi şeylərə susuram. Amma düşünürəm ki, söz deməyə haqqım var. Sual verirlər ki, “Niyə həvəssizsiniz və niyə efirlərə çıxmırsınız?” Bəzən həmkarlarımdan və aparıcılardan inciyirəm. İndi çox şeylərin yeri səhv düşüb. Aparıcılar bilməlidirlər ki, biz sənətkarları kimləsə səhv salmaq olmaz. Təbliğat səhv gedir və hər kəs də elə düşünür ki, belə də olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi aparıcıların efirdə gənc ifaçı ilə sənətkar arasında fərq qoymadıqlarına etirazını bu şəkildə ifadə edib: 

“Artıq tez-tez efirlərə çıxacağam. Bunu isə qarşıma bir məqsəd kimi qoymuşam. Görürəm ki, efirdən küsmək olmaz. Düşünürəm ki, sənətkar, sənətçi, müğənni və ifaçı başqadır. Bu, fərqli-fərqli məsələlərdir. Bəzən aparıcılar gənc ifaçılara elə suallar verirlər ki, onlar çaşırlar. Onlara sənətkara verilən suallar ünvanlayırlar”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO