“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO 

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO 

Hazırda oxunan: “Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO 
186425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün "Alkhara" geyim markasının ilk təqdimatıdır. Bu brendi 2021-ci ildə yaratmışıq. Bu gün isə bizim 3 yaşımız tamam olur. Başqa sahələrdə çalışsam da, dəbə olan sevgim məni bu markanı yaratmağa sövq etdi. Beləcə qərara gəldim ki, öz markamı yaradım və xanımlarla ideyalarımı paylaşım".

Bu sözləri yeni kolleksiyasının nümayişini keçirən "Alkhara" geyim markasının təsisçisi və dizayneri Kövsər Salmanova Bizim.Media-ya açıqlamasında bildirib.

K.Salmanova bildirib ki, "Alkhara" markasını Azərbaycanın milli və eyni zamanda nadir tapılan alxara parçasından ilhamlanaraq ərsəyə gətirib.

"Markamızın adından bəlli olduğu kimi "Alkhara" Azərbaycanın qədim parça növlərindəndir. Bu parça növündən qədimdə Azərbaycan xanımları geyimlər hazırlayırdılar. Bu xüsusi parça növü idi və o zamanlar çox nadir tapılırdı. İstədim ki, yaratdığım markanın adı da parça kimi milli olsun. Azərbaycanda yerli markaların sayı çoxdur. Düşünürəm ki, yaratdığım "Alkhara" markası və ərsəyə gətirdiyim geyimlərdə öz tərzim var. Və bu tərz digər markalardan seçilir. Geyimlərdə istifadə etdiyimiz parçalar da digər yerli atelyelərin geyimlərindən keyfiyyət baxımından fərqlənir".

"Alkhara"nın təsisçisi bu gün işıq üzü görən yeni yaz kolleksiyasında yer alan geyimlərdə alxara parçasından istifadə etdiyini söyləyib:

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 15

"Hazırladığımız və bu gün təqdim etdiyimiz 10 ədəd geyimimizdə alxara parçasından istifadə etmişik. Bu parçanı tapmaq isə mənim üçün çox çətin oldu. Sizə etiraf edim ki, bu parça əvvəlki qədər keyfiyyət baxımından effektli olmasa da, yenə də tapdıq. Xaricilər bu parça növünə "jakkard" deyirlər. Mən bu parçanı elə Azərbaycandan əldə etdim. Xaricdən parça gətizdirmirəm. Bu parça növünü də yerli mağazalarımızdan birindən əldə etdim. Yəni bu parça növünü əldə etmək üçün xaricə getməyə ehtiyac yoxdur. Əsas odur ki, düzgün seçim edəsən".

Kövsər xanım kolleksiyasındakı geyimlərin rəng çalarlarından da söz açıb. O bildirib ki, həm trenddə, həm də dəbdə olan rənglərə üstünlük verilib:

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 16


"Hər-hansısa bir geyimi hazırlayanda bir sıra dünyaca məşhur markalardan ilhamlanıram. Təbii ki, müasir trendləri də mütləq şəkildə nəzərdə saxlayıram. Kolleksiyamda yay fəsli üçün "jilet"lər, ətəklər var. Azərbaycanda toyların çoxluğunu və "party"ləri nəzərə alaraq, üstünlüyü biçimi "maksi" olan libaslar, eyni zamanda aksenti həcimli çiyinlərə vermişik. Təbii ki, rəngləri də trendlərə görə seçmişik. Bu il açıq mavi, sarı və bənövşəyinin bir sıra tonlarına üstünlük vermişik. Kolleksiyada pastel rənglərə də üstünlük vermişik".

K.Salmanova kolleksiyasının nümayişinin nəfis tərtibatda hazırlanması üçün daha bir dizaynerlə iş birliyinə imza atdığını vurğulayıb:

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 17

"Bugünki kolleksiyamızın və təqdim etdiyimiz dəb şousunun stili üzərində "Seqment" brendinin dizayneri Ülviyyə Məmmədova çalışıb və bu işdə yardımını əsirgəməyib. İki yerli markanın təsisçiləri əl-ələ verib ərsəyə çox uğurlu iş gətirdik. 

Daha sonra "Alkhara" geyim markasının yeni yaz kolleksiyasının nümayişi baş tutub. Biri-birindən zövqlü geyimlər dəbdəbəli nümayişə dəvət olunan qonaqları və ölkənin məşhur blogerlərlərini özünə heyran qoyub.

Kolleksiyanın təqdimatından və eyni zamanda nümayiş olunan geyimlərdən valeh olduğunu söyləyən stilist və dəb mütəxəssisi Nigar Kəlbiyeva təəssüratlarını bu sözlərlə ifadə edib:

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 18

""Alkhara" brendi hazırda dəbdə olan sarı, mavi və bejin bir sıra rəng çalarlarında geyimlər hazırlayıb. Və bu libaslarda istifadə olunan "jakkard" parçası isə mənim diqqətimi çəkdi. Çünki adətən bu parça növündə tünd və qızılı rənglərdən istifadə edirlər. Amma "Alkhara" markası bunu daha mülayim, incə və zərif şəkildə ötürdü. Bunları çox bəyəndim.

Təqdim edilən kolleksiyadakı "korset"lərin quruluşunu və biçimini çox bəyəndim. Üzərlərində memari strukturların olmağı xoşuma gəldi. İstifadə olunan rənglərin sakit olması isə bu geyimlərin həm ad günü "party"lərinə həm də xüsusi mərasimlərə geyinmək əlverişlidir. Kolleksiyada "transformer" geyimlər də var idi. Bu tip geyimlər isə çoxfunksiyalıdır. Belə ki, onları müxtəlif şəkillərdə dəyişib, kombin edərək geyinmək mümkündür.

“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 19

Hazırda dəb sahəsi ekologiyanı qorumaq trendinə əməl edir. Bu isə o deməkdir ki, bir yox, iki libas əldə edirsiniz. Bu isə öz növbəsində çox əlverişlidir.

Kövsər xanıma və onun "Alkhara" markasına yalnız və yalnız uğurlar arzu edirəm. Bu cür maraqlı layihələri və zövqlü kolleksiyaları axarlı olsun. Kövsər xanımın uğurlarını görək bizdə sevinək".

Qeyd edək ki, bu gün nümayişdə təqdim olunan biri-birindən zövqlü və dəbli geyimləri "Alkhara" markasının "şourum"undan, yəni butikindən əldə etmək mümkündür. 


“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 1
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 2
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 3
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 4
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 5
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 6
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 7
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 8
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 9
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 10
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 11
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 12
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 13
“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO  - foto 14

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO