Cavanşir Məmmədov: “Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm” - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov: “Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm” - VİDEO

186329

Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişinə qonaq gələn sənətkar onun suallarını cavablandırıb. 

Zaurun “Siz demişdiniz ki, həyat yoldaşım əvvəl dünyasını dəyişsin, sonra mən?” sualına “Deyəsən, müğənni Yusif Mustafayev də belə söyləmişdi. Mən də elə demiş olaram. Amma məsafə çox olmasın” cavabını verib. 

Məmmədov Kamalın “Bəs niyə demirsiniz ki, birinci özüm, sonra da həyat yoldaşım vəfat etsin?” sualına isə “Yox, qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur” deyə fikirlərini bildirib. 

 

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO