BƏƏ-də tətildə olan Xatirə: “Axır ki, özümə bir şeyx tapdım” - VİDEO

Hazırda oxunan: BƏƏ-də tətildə olan Xatirə: “Axır ki, özümə bir şeyx tapdım” - VİDEO

185297

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tətilə yollanıb. 

Bizim.Media xəbər verir ki, bir həftədən artıqdır ki, paytaxt Əbu – Dabi şəhərinin yaxınlığında yerləşən, dünyanın ən böyük qum səhrası olan “Rub əl-Xali”yə gedib. 

Səhranın müəyyən hissəsini avtomobil ilə gəzən Xatirə adrenalin dolu anlar yaşayıb. Daha sonra müğənninin əri Fəxrəddin və oğlu Emil dəvə belində digər turistlərlə bərabər səhranı dolaşıblar. 

Diqqət çəkən məqamlardan biri isə Xatirənin əri Fəxrəddin ilə birlikdə Ərəbistanın milli geyimində çəkdirdikləri fotolar olub. Müğənni həmin an “Axır ki, özümə bir şeyx tapdım” sözlərini dilə gətirib. 

Bu görüntüləri isə X.İslam sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO