Roza Zərgərli boşanmasının ŞOK SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Roza Zərgərli boşanmasının ŞOK SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Hazırda oxunan: Roza Zərgərli boşanmasının ŞOK SƏBƏBİNİ AÇIQLADI - VİDEO
18268
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olan sənətçi həyat yoldaşı ilə ayrılmasından danışıb.

Müğənni ərindən ona xəyanət etdiyi üçün boşandığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Roza Zərgərlinin yeni klipdə sinəsi çöldə qaldı - Tənqid olundu - VİDEO


“Mənim gözəl tərəf müqabilim və ailə başçımın həyatında 4 ildir qadın var imiş. Gözəl qadındır. Dəhşətli dərəcədə gözəldir. Zövqünü bəyəndim. Həmin xanımın da bacısı mənim rəfiqəm imiş. Düzdü mənim qədər gözəl ola bilməz, amma gözəl idi.

Əgər bir qadın 3 ildir ağrıkəsici ilə yaşayırsa, bu qadın xəstədirsə həmin qadına deyir ki, nə oldu? Sən mənə çatanda xəstəsən, zarıldayırsan, heç efirə çıxanda xəstə olmursan? Ayrıldıq... Bu qərarı da mən verdim. Çox istədim ki, övladımız olsun, amma alınmadı.

Daha sonra övladlığa uşaq götürdüm. Lakin o da bizi birləşdirmədi. İndi barışmaq istəyir. Əgər o münasibətdən övladı doğulmasaydı, mən bağışlayardım”.

Roza həyat yoldaşından boşanan zaman övladlığa götürdüyü oğullarının sərt reaksiyası ilə qarşılaşdığını deyib:
 

“Öz qızım heç nə demədi. Lakin oğullarım dedi ki, boşansan, biz səni atıb gedəcəyik. Elə də oldu. İkisi də məndən küsdülər. Dedilər, biz istəmirik sən başqa adama aşiq olasan. Biz gözümüzü açandan onu görmüşük. Razı deyilik ayrılmağına...


Həyat 40 yaşdan sonra başlayır. Hər şeydən əvvəl insan özünü, sonra başqalarını düşünməlidir. Hətta övladdan belə qabaq özünü düşünməlidir. Əgər sən xəstəsənsə, heç kimə lazım deyilsən”. (Axsam.az)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO