Mətanət Əsədova fonoqram oxuyan həmkarını BİABIR ETDİ – VİDEO 

Mətanət Əsədova fonoqram oxuyan həmkarını BİABIR ETDİ – VİDEO 

Hazırda oxunan: Mətanət Əsədova fonoqram oxuyan həmkarını BİABIR ETDİ – VİDEO 

178236

Müğənni Mətanət Əsədova efirdə həmkarlarına qəzəblənib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib ki, toy sahibləri canlı yox, fonoqramla ifa edən müğənnilərə daha çox pul verirlər. 

“Bunlar (müğənniləri nəzərdə tutur – red.) gedib Göyçaya. Mənimlə toy sahibləri danışdılar, həmin gün mənim başqa məclisim vardı, bir də sözün açığı, təklif olunan qonorar məni qane etmədi. Onlara söylədim ki, fonoqramla oxuyan müğənniyə artıq pul verirsən, amma öz yerlinəm və canlı oxuyuram, mənə bu qədər aşağı pul verirsən.

Sən necə o məbləğlə aşağılaya bilərsən?

Bu, mümkün deyil. O müğənni gedib həmin məclisə və oradan ev sahibi mənə videogörüntü ilə zəng vurub. Pul vermisiniz və məclisinizə fonoqram ifa edəni gətirmisiniz.Fonoqramı sönüb və həmin müğənni canlı oxuya bilməyib.

Bu nə biabırçılıqdır? Bütün bunlar nə zamana kimi davam edəcək? Vaxt tapın, canlı oxumağı öyrənin. Mən aylarla efirə çıxmamışam, canlı oxumağı öyrənmişəm. Öyrənmək heç zaman gec deyil. Bizə müraciət etsə ki, mənə canlı oxumağı öyrət, olmayan “gümüşün” yerə tökülməz.

Özünüzü elə yekə-yekə aparırsınız ki, bir neçə dəfə dinmirik, danışmırıq, hara çıxaq?

Fonoqram oxuyan həmin müğənni dəfələrlə deyib ki, o toya Mətanət gəlirsə, mən gəlməyəcəm. Sən axı, mənim orada yanımda nə edəcəksən?”. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO