Vasif Məhərrəmli:

Vasif Məhərrəmli: "Zaur Kamal istədi verilişində məni sındırsın" - VİDEO

Hazırda oxunan: Vasif Məhərrəmli: "Zaur Kamal istədi verilişində məni sındırsın" - VİDEO

174383

"Davakar deyiləm. Davakar dövrümüz də bitib. Bir insan onda inkişaf etmir ki, müəyyən atdığı addımlardan peşimançılıq çəkmir. Məsələn, o qədər olub ki, mən boş yerə əsəbiləşmişəm, dalaşmışam. Sonra isə bunları etdiyimə görə, peşiman olmuşam. Xüsusilə tanınandan sonra. Davam avtobus sürücüsü ilə də olub,... Olub və peşiman olmuşam. Evə gəlib bu hadisəyə görə, özümü söyüb, döymüşəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" layihəsində deyib.

Sənətçi illər əvvəl aparıcı Zaur Kamalın "Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində mühafizəçi ilə arasında baş verən davaya aydınlıq gətirib:

"O zamanlar "Xəzər" televiziyasının müdiriyyəti (Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-nin prezidenti idi) başqa idi. O zamanlar aparıcılara və orada çalışanlara rəhbərlik "volya" (rahatlıq) vermişdirlər. Onlar da kanalda hegemonluq edirdilər. Bir var insan işini icra edir. Bir də var ki, insan qarşısındakını "sındırmağa" çalışır. Sübut etmək istəyir ki, bu, burada "ağa"dır. 

O şeylər isə mənə keçməz. Amma mən davakar insan deyiləm. Mən öz qızıma özüm kimi bir oğlan arzu edirəm. Nə qədər pis və ya yaxşı olduğumu özüm bilirəm. Siz və başqası bunu bilmir. Mən hüzur, sülh sevən insanam. Davanı da sevmirəm, qətiyyən".

Qeyd edək ki, sözügedən hadisə zamanı mühafizəçi Zaur Kamalın "5-də 5" proqramına gələn Vasif Məhərrəmlidən telefonu təhvil verdikdən sonra canlı yayıma qatılmasını tələb etmişdi.

Məhərrəmli telefonu vermək istəməyib və səs-küy salmışdı. "Get, gözətçiliyini et" deyə ucadan qışqıraraq etiraz etmişdi. Nəticədə mühafizəçi ilə sənətçi arasında narazılıq yaranmışdı. Aparıcı onun bu hərəkətinə haqq qazandırmayıb və çəkilişə gələn hər kəsin telefonu mühafizəçiyə təhvil vermədən studiyaya daxil olmasının mümkünsüzlüyünü bildirmişdi.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO