Tarkanla səhnədə görüşən xanım pərəstişkar GÖRÜN KİM İMİŞ - FOTO/VİDEO

Hazırda oxunan: Tarkanla səhnədə görüşən xanım pərəstişkar GÖRÜN KİM İMİŞ - FOTO/VİDEO

166402

Xəbər verdiyimiz kimi, ötən həftə sonu Türkiyənin meqastarı Tarkan Tevetoğlu solo konsert proqramı ilə "Baku Crystal Hall"da çıxış edib. Dillərdə əzbər hitləri və özünəməxsus rəqsləri ilə tamaşaçıları coşduran sənətçinin yanına pərəstişkarlarından birinin səhnəyə çıxaraq onunla selfi çəkdirməsi maraq doğurub. 

Bizim.Media xəbər verir ki, Tarkanla görüşən həmin xanım keçmiş "Kristal" qrupunun üzvlərindən biri olan müğənni Lalə imiş.

Türk vətəndaşı Nurkanla ailəli olan və səhnədən uzaqlaşan Lalə bir neçə il əvvəl əri ilə birlikdə ATV kanalında aparıcılıq da edib. Lakin sonradan o, bu sahədən də ayrılaraq hazırda “influencer” kimi sosial şəbəkədə fəaliyyət göstərir.
Tarkanla səhnədə görüşünün görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Lalə xəyalının gerçək olduğunu yazıb.
 



Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO