Mənzurə Musayeva: “Ruhəngiz xanımın efirdə güzgü satmasını ona yaraşdırmadım” – ÖZƏL 

Hazırda oxunan: Mənzurə Musayeva: “Ruhəngiz xanımın efirdə güzgü satmasını ona yaraşdırmadım” – ÖZƏL 

164664

“Qubada olduğumdan burada şəbəkə zəif idi və mən verilişdə deyilənləri eşitmirdim. Özünüz də baxdınız, gördünüz ki, danışdığım an gözlənilmədən şəbəkə itdi və mən dəstəyi asmaq məcburiyyətində qaldım. Daha sonra mənə verilişdən 3 dəfə zəng etdilər. Şəbəkənin zəif olmasından onlarla danışa bilmədim.

Burada heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Məndən Elgiz Əkbər axı niyə inciyir? Əgər mən istifadə etdiyim şəbəkənin şirkətində işləsəydim, inciməyə haqqı vardı. Amma axı, orada işləmirəm (gülür)”. 

Bu sözləri müğənni Mənzurə Musayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi həmkarı Ruhəngiz Allahverdiyevanın efirə çıxıb güzgü satmasını ayıb sayıb: 

“Ruhəngiz xanım mənə daha əvvəl o hazırladığı güzgülərdən birini hədiyyə edib. Yəni güzgüm var. Amma yardım məqsədi ilə Ruhəngiz xanıma pul lazımdırsa, ona kömək edə bilərəm. Heç bir problem yoxdur. Düşünürəm ki, efirə çıxıb güzgü satmaq ayıbdır. Mən Ruhəngiz xanıma bunu yaraşdırmıram, çünki o, dəyərli və eyni zamanda sənəti yüksək olan müğənnidir”. 

Qeyd edək ki, Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Elgizlə izlə” ictimai-sosial verilişə gələrək, düzəltdiyi güzgüləri 300 manat dəyərində satışa çıxarıb. Müğənni Mənzurə Musayeva güzgülərin birini almaq niyyəti ilə proqramın canlı efirinə zəng edib. Güzgünün 300 manat olduğunu bilən Musayeva dəstəyi asıb və telefonu söndürüb.
Bundan sonra verilişin aparıcısı Elgiz Əkbər Mənzurənin bu hərəkətindən qəzəblənərək “Mənzurə bu gün çox böyük hörmətsizlik etdi. Mən ona bu hörmətsizliyi bağışlamayacağam. Mənzurə, səni bu gündən "qara siyahıma" yazdım. Sən sən ol, mən də mən. Mən çox ciddiyəm. 300 manat nə olan şeydir? Dünyanın malı dünyada qalır. 7 yetimlə bir dərədə qalmamısan. Mən bir insan kimi sənin bu hərəkətindən çox qırıldım" sözlərini dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO