Cavanşir: “Lalə efirdə qırmızı xətti keçib mənə

Cavanşir: “Lalə efirdə qırmızı xətti keçib mənə "pişik" dedi” - VİDEO

Hazırda oxunan: Cavanşir: “Lalə efirdə qırmızı xətti keçib mənə "pişik" dedi” - VİDEO
164170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə qalmaqal yaşadığı “Təsir dairəsi” ictimai-sosial proqramının aparıcısı Lalə Azərtaşa efir vasitəsi ilə sərt ismarıc yollayıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Bizim vaxtımızda” verilişində ad çəkmədən aparıcını sözləri ilə “sancıb”. 

“Yaxşı kişilər üçün kişi söz deməlidir, arvad yox. Mənim adımda “şir” sözü var deyə, bu yaxınlarda qadın aparıcılardan biri xoş olmayan ifadələr səsləndirmişdi. O aparıcı (qalmaqal yaşadığı “Təsir dairəsi” ictimai-sosial proqramın aparıcısı Lalə Azərtaşı nəzərdə tutur – red.) danışığından kənara çıxdı, qırmızı xətti keçdi. Aparıcı “Verilişimə çoxları şir kimi gəlib, pişik kimi gedirlər” sözlərini söylədi. Amma mən nə şir, nə də ki pişik deyiləm. Mən vətəndaşam”, - deyə C.Məmmədov vurğulayıb.

Xatırladaq ki, Cavanşir Məmmədov verilişlərin birində Lalə Azərtaşın ondan və ailəsindən üzr istəmədiyi halda, məhkəməyə verəcəyi ilə hədələyib.

Lalə isə aparıcısı olduğu “Təsir dairəsi” ictimai-sosial proqramda “Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm” sözlərini dilə gətirib.   
Qeyd edək ki, keçmiş kürəkəni Mustafa İbili aylar əvvəl “Təsir dairəsi” verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO