"Övladım olmur, az soruşun" 2-ci dəfə ərə gedən aktrisa - FOTOLAR

Hazırda oxunan: "Övladım olmur, az soruşun" 2-ci dəfə ərə gedən aktrisa - FOTOLAR
15782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktrisa Ülviyyə Əliyeva İnstaqramda canlı yayımda izləyicilərinin suallarını cavablandırıb.

Bizim.Media xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı soruşulanlara əsəbiləşib. O, övladının olub-olmaması haqda yazılanlara sərt reaksiya verib:

"Övladım olmur, az bu haqda sual verin. Şəxsi həyatla bağlı suallara görə canlı yayım açmıram. Açan kimi həyat yoldaşın, övladın sualları gəlir. Nişanlanırsan, başlayırlar toy nə vaxtdır? Toyun olur, hamı soruşur bir şey var?"

"Dincəlin, bu suallar nə vaxt bitəcək? Övladım olsa səhifəmdə görəcəksiniz, evimdən səsi gələcək".

"Əgər mənim evimdən bayquş səsi gəlirsə, deməli övladım yoxdur. Bunu soruşmaqla nə qazanırsınız?".

Qeyd edək ki, aktrisa 2018-ci ildə Rusiyada yaşayan biznesmen Manaf Muxtarovla ailə həyatı qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO