Bakı səhnəsində Alessandro Safina

Bakı səhnəsində Alessandro Safina "RÜZGARI" - FOTO

Hazırda oxunan: Bakı səhnəsində Alessandro Safina "RÜZGARI" - FOTO

154505

Ötən axşam Xalq artisti Emin Ağalarovun dəvəti ilə ölkəmizə gələn dünya şöhrətli italiyanın opera müğənnisi Alessandro Safina "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, musiqili gecədən əvvəl "Sea Breeze" ərazisində yerləşən "Şöhrət Xiyabanı"nda italiyalı müğənninin şəxsi ulduzunun təntənəli qoyulma mərasimi baş tutub. 

Safinadan əvvəl "Şöhrət xiyabanı"na əfsanəvi məşhurlar Engelbert Humperdink, Nani Breqvadze, Müslüm Maqomayev və Tamara Sinyavskayanın ulduz imzaları həkk edilib.

“Sea Breeze Summer Live” mövsümünün yekun konsertində Alessandro Safina səhnəyə çıxaraq onu seyr etməyə gələn çox sayda pərəstişkarına unudulmaz gecə bəxş edib.

Lirik mahnılarla dolu konsertdə Alessandro Safina Bakıda yenidən çıxış etməkdən çox xoşbəxt olduğunu dilə gətirib: 

“Bu axşamı bizimlə keçirməyə qərar verdiyiniz üçün təşəkkür edirik! Və bu gözəl musiqiçilər sayəsində - birlikdə konsert proqramı hazırlamışıq, ümid edirəm ki, bəyənəcəksiniz!”.

Gecədə italiyalı müğənni 2000-ci ildə ona dünya şöhrəti gətirən “Luna” adlı hit mahnısını və digər əsərlərini ifa edib. 

Gecədə Emin Ağalarovun çıxışı musiqi ziyafətinə rəng qatıb. O, Elvis Preslinin “Can’t Help Falling In Love” mahnısını ifası ilə tamaşaçıları sevindirib. Amma gecənin ən yaddaqalan məqamı Safina və Ağalarovun “Mavi əbədiyyət” mahnısı duet şəklində səsləndirmələri olu?

İtaliyalı müğənninin sözlərinə görə, bu mahnını ilk dəfə maşında gedərkən, başqa konsertdən otelə qayıdarkən eşidib: 

“Sadəcə, bu bəstəyə aşiq oldum və o vaxtdan Müslüm Maqomayev mənim sevimli azərbaycanlı müğənnimə çevrildi. Mən Eminə təklif etdim ki, “Mavi əbədiyyət”i italyan dilində təkrar oxusun. O, razılaşdı və mən böyük məmnuniyyət və qürurla italyan variantının mətnini yazdım, indi sizə təqdim edəcəyik!”.

Tamaşaçılar biri italyan, digəri rus dilində oxuyan iki ifaçının duetini heyranlıqla qarşılayıb. İkili Maqomayevin əfsanəvi mahnısına yeni nəfəs verib.

Musiqili gecə möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Konsertdən fotoları diqqətinizə təqdim edirik:






















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO