Emin və Jony

Emin və Jony "İmagine Dragons"un Bakı konsertində - FOTO/VİDEO

Hazırda oxunan: Emin və Jony "İmagine Dragons"un Bakı konsertində - FOTO/VİDEO

153402

Xəbər verdiyimiz kimi, ötən axşam dünyaca məşhur Amerikanın pop-rok qrupu "İmagine Dragons" "Olimpiya" stadionunda möhtəşəm canlı konsert proqramı ilə çıxış ediblər.

Bizim.Media xəbər verir ki, super şounu izləyənlər arasında Xalq artisti Emin Ağalarov və həmkarı Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı ifaçı Cahid Hüseynli də olub.

Cahid konsertə diş həkimi olan qardaşı Tural və yaxın dostları ilə qatılıb.

Qrupun bir-birində möhtəşəm çıxışlarını Emin və Jony "VİP loja"dan izləyiblər. Onlar "İmagine Dragons"un səsləndirdiyi bütün hitləri əzbərdən birgə ifa ediblər.

Ağalarov amerikanın qrupunun bu unikal çıxışına "İnanılmazdır" sözlərini dilə gətirib.

Hər iki ulduz gecədə yaşanan coşqu dolu anları çəkərək sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Həmin görüntüləri sizə təqdim edirik:
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO