Cavanşirin \

Cavanşirin \"kürəkəni\" arvadına aldığı qızılları GÖSTƏRDİ - FOTO/VİDEO

Hazırda oxunan: Cavanşirin \"kürəkəni\" arvadına aldığı qızılları GÖSTƏRDİ - FOTO/VİDEO

144859

Xəbər verdiyimiz kimi, özünü Əməkdar artist Cavanşir Məmmədovun kürəkəni kimi təqdim edən türk vətəndaşı Kemal Mustafa İbili “Təsir dairəsi” ictimai-sosial  verilişinə gələrək, kömək istəyib.

Bizim.Media xəbər verir ki, K.Mustafa bildirib ki, müğənninin qızı Xatirə ilə evlənmək istəyib və ona qızıllar alıb. 

“2018-ci ildə Xatirə ilə “Facebook” sosial şəbəkədə tanış oldum. Onunla bir aya yaxın orada danışdım. Sonra bayramla əlaqəli Gaziantepeyə getdim. O zaman isə altı ilə yaxın idi ki, həyat yoldaşımdan boşanmışdım. Anam isə evlənməyimi istəyirdi.  Anama Xatirənin şəklini göstərib dedim ki, bir dəfə azərbaycanlı ilə, bir dəfə də türklə ailə qurub, boşanıb.
Anama Xatirənin xoşuma gəldiyini söylədim. Dedi ki, əgər bu qızı istəyirsənsə get. Sonra ailəm bundan xəbər tutdu. Hamı da dedi ki, get Xatirə ilə evlən. Beş günlük Bakıya gəldim. Sonra Xatirənin anası ilə Qış parkında görüşdük. Xatirənin anası dedi ki, ev al, sonra Cavanşir Məmmədova deyək ki, evlənmək istəyirsən.

Bir miras mövzumuz var idi, miras bölündü. İlkin ödəniş edib ev aldım. Ayda kredit ödəyirdim. Türkiyədə agentliyim var idi. Dedim ki, Xatirə, əgər evlənəcəyiksə, satım gəlim. Dedi ki, sat. Satdım, gəldim Bakıya. Xatirəyə dedim ki, evlənək. Hər dəfə bəhanə gətirib uzadırdı. Xatirəyə dedim ki, utanıram, evə girib-çıxıram, evlənək”, - deyə Mustafa vurğulayıb. 

Verilişin gedişatında C.Məmmədov Mustafanın ondan külli miqdarda pul aldığını bildirib. Qarşı tərəf isə pulları özünün yox, Xatirənin aldığını iddia edib.  

Mustafa Xatirəyə aldığı qızılların fotolarının efirdə nümayiş edilməsini istəyib. Proqramın aparıcısı Lalə Azərtaş həmin şəkilləri təqdim edib. 

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.

M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək "dələduz" kəlməsinin üstündən götürülməsini istəyib.  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO