Emindən Jony-yə TƏRİF:

Emindən Jony-yə TƏRİF: "Azərbaycanda məşhurluqda məni və Faiq Ağayevi keçmisən" - VİDEO 

Hazırda oxunan: Emindən Jony-yə TƏRİF: "Azərbaycanda məşhurluqda məni və Faiq Ağayevi keçmisən" - VİDEO 

143192

Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.  

Bizim.Media xəbər verir ki, sənətçiyə dəstək olmaq üçün Xalq artisti Emin Ağalarov səhnəyə çıxıb.  

Tamaşaçıların coşqusu və alqışlar sədaları altında səhnəyə çıxan Emin ifaçını təriflərə qərq edib:  

"Jony bir sıra ölkələrdə və Azərbaycanda bir nömrəli müğənni sayılır. Azərbaycanda sən məni və Faiq Ağayevi keçmisən. İndi oxuyacağımız mahnını Jony özü yazıb. Bu mahnı isə "Kamin" adlanır. Jony, sən burada böyük tıxac və insan seli yaratmısan. Səni çox istəyirem".  
Daha sonra ikili sözügedən dueti canlı olaraq ifa ediblər. Onların bu ifası isə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO