Aktrisa Ülviyyə: “Teatrımızda aktyorlar arasında intriqa olmur” - VİDEO

Aktrisa Ülviyyə: “Teatrımızda aktyorlar arasında intriqa olmur” - VİDEO

Hazırda oxunan: Aktrisa Ülviyyə: “Teatrımızda aktyorlar arasında intriqa olmur” - VİDEO

140410

“Bir sözü ki, insanın üzünə deyə bilmirəmsə, heç zaman arxasınca danışmıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva qonaq olduğu “Səhərin səsi” verilişində deyib. 

Qeyd edək ki, 25 il iş təcrübəsi olan aktrisa fəxri ad və mükafat ala bilməməsi ilə bağlı çalışdığı sənət ocağının rəhbəri Əliqismət Lalayevə bir müddət öncə məktub ünvanlamışdı. 

Sənətçi bu məsələnin hələ də çözülmədiyini vurğulayıb:  

“Verdiyim açıqlamalardan sonra çalışdığım teatrda mənə olan münasibət dəyişmədi. Musiqili teatrının çox böyük kollektivi var. Və bu heyət kimi mehriban kollektiv heç yerdə yoxdur.

Teatrımızda aktyorlar arasında intriqalar olmur. Hətta rol üstündə belə... Teatrımıza gələn yeni aktyorlardan tutmuş illərin sənətkarlarına kimi... Xalq artisti Afaq Bəşirqızı gözünüzün önündədir. Mən gənc aktrisayam və Afaq xanım hər zaman mənə gözəl münasibət gösrtərib və gözəl şərait olub.
Ona görə teatrımızın kollektivi ilə heç zaman problemim olmayıb, ola da bilməz. Tetrımızın rəhbəri Əliqismət Lalayev haqda verdiyim açıqlamadan sonra onunla söhbətim olmadı. Qarşıda onsuz da gözlənilən bir şey yoxdur. Torbalar dolub... İldə bir dəfə olan şeydir. Bu il mövsüm bitdi. Mövsüm bitəndən sonra bu söhbətləri eləmişəm. Gələn mövsümə də “Ya nəsib, ya qismət”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO