Zenfiranın 15 min manatını oğurlayan şəxs saxlanıldı - VİDEO

Zenfiranın 15 min manatını oğurlayan şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Zenfiranın 15 min manatını oğurlayan şəxs saxlanıldı - VİDEO
122515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bir çoxları bizi qınadı. Düşünmədən danışdılar, cahildirlər, qınamıram. Tərəfini saxlayıb, yazırdınız ki, yazıqdır, kasıbdır, yaxşı edib götürüb, haram puldur. Ailəmə bu günə kimi haram pul yedizdirməmişəm. Tərəfini saxladığınız şəxs qumar oyunlarının fəal iştirakçısıdır. Bütün pulunu, hər şeyini qumarda uduzan biridir. Nərimanov Rayonu Polis İdarəsi həmin şəxsi zərərsizləşdirdi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlama deyib.

Həyat yoldaşı Anar Heydərovun avtomobilindən 15 min manat pulu oğurlanan sənətçi həmin şəxsin polis tərəfindən saxlanıldığını bildirib:

"Həmin insan mənə instaqramda kart atıb və yazıb ki, anam xəstədir, pul göndərin. Həmin mesajı görməmişdim, polis göstərdi. Nə oldu, pul ona halal idi? Ondan-bundan pul alıb, qumara verir. Özünüzün 1 manatı getsə, ürəyiniz dayanar. Qazandığım pullar haramım yox, halalım olar. Zəhmət çəkib, qazanmışam, halal pulumdur".

Rəşad Əliyev, Bizim.Media
 


Zenfiranın 15 min manatını oğurlayan şəxs saxlanıldı - VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO