Psixoloqdan vəkilə etiraz: “Bəlkə məni döyəsiniz?!” - VİDEO 

Psixoloqdan vəkilə etiraz: “Bəlkə məni döyəsiniz?!” - VİDEO 

Hazırda oxunan: Psixoloqdan vəkilə etiraz: “Bəlkə məni döyəsiniz?!” - VİDEO 

111082

“Qadına bir balaca nəvaziş lazımdır. Bayramlarda kişi evə girəndə üzü gülməlidir. Əgər pulu yoxdursa, bir dənə qızıl gül alıb qadınına verib, onun bayramını təbrik etməlidir. Yoxsa içəri girib xoş olmayan sifət alıb “Nə deyirsən, get çay gətir” deməməlidir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Vəkillər kollegiyasının həqiqi üzvü, vəkil Şəfiqə Nağıyeva ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində deyib.  

Daha sonra Nağıyeva yanında əyləşən psixoloq Könül Cəfərovaya barmaq silkələyərək “Bu sahiblənmək deyil!” sözlərini dilə gətirib.   
Psixoloq isə “Bəlkə keçib, məni döyəsiniz! Başdan susuram, danışmıram. Şəfiqə xanım üstümə qışqırır” deyə vəkilə etirazını bildirib.

Ş. Nağıyeva isə K.Cəfərovanın bu sözləri ilə razılaşmayaraq “Səhərdən üstümə qışqırır, qulaqlarım gedib. Deyir ki, Şəfiqə xanım qışqırıq” yarı ciddi, yarı zarafat fikrini bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO