Canlı efirdə Mətanətlə zarafat edən Zaurun mikrofonu söndürüldü - VİDEO

Canlı efirdə Mətanətlə zarafat edən Zaurun mikrofonu söndürüldü - VİDEO

Hazırda oxunan: Canlı efirdə Mətanətlə zarafat edən Zaurun mikrofonu söndürüldü - VİDEO

108893

Aparıcı Zaur Baxşəliyev ilə müğənni Mətanət Əsədovanın arasındakı dialoq gündəm olub. 

Bizim.Media xəbər verir ki, Zaur aparıcısı olduğu “Zaurla Günaydın” səhər şousunda, qonağı Mətanəti həddən artıq tərifləməsi birinci tərəfin həyat yoldaşı Günay Baxşəliyevanın xoşuna gəlməyib. 

Belə ki, Günay Zauru studiyadan küçəyə yola salarkən Mətanət cütlüyə yaxınlaşaraq “Zaur sənin başına dönüm, tez gəl” deyib. Günay isə “Mətanətin çox gözəl qayınanası var” cümləsini dilə gətirib. 

Bunu eşidən Zaur “Mətanətin özünə nə olub ki? Kim səninlə ailə qursa, dünyanın ən bəxtəvər insanı olacaq. Kim sənin yanında dayansa, dünyanın ən xoşbəxt adamıdır. Burası ( görüntülərdə əlini Mətanətin boğazına aparır – red.) çörək”. 
Baxşəliyevin qarşı tərəfə söylədiyi tərif dolu sözlərindən sonra canlı efirdə mikrofonunun səsi səs rejissoru tərəfindən kəsilir. Zaurun qarşı tərəfə dediyi ifadələr həm özünü, həm xanımını, həm də Əsədovanın gülüşünə səbəb olub. 

Aparıcılarla müğənninin mikrofonu açıldıqdan sonra Günay Zaura “Sən Allah, dur get. Birinci dəfədir ki, səni belə yola salıram” söyləyib. 

Bu zaman isə Zaurla Mətanət gülməkdən özlərini saxlaya bilməyib, yerə oturublar. 

Bunu görən Günay “Zaur səni gözləyirlər. Çıx get. Allah səni güldürsün” deyərək həyat yoldaşını yola salıb. 

Mətanət isə Zaurun zarafat dolu sözlərinə “O qədər güldüm ki, başımdan ağrı tutdu” – deyə canlı efirdə şərh verib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO