Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin məşhur ulduzu, aktrisa Demet Özdemir siması olduğu “Altın Kelebek” mükafatlandırma mərasimi üçün Bakıda keçirilən konsertə gəlib.
Bizim.Media xəbər verir ki, gecədə özəl qonaq qismində Xalq artisti Röya Ayxan iştirak edib.
Müğənni çıxışı zamanı səhnədən Demetə səslənərək, etirafı ilə diqqət çəkib:
“Ərinizi (müğənni Oğuzhan Koç – red.) çox bəyənirəm. Bütün dostlarımın arasında 4-5 ildir ki, evimizdə yalnız sizin mahnınız olur. Bütün sevgilər sizin ailənizə” .
Rəşad Əliyev, Bizim.Media