Manaf Ağayev: “Aşıq Zülfiyyə ilə yol getdim, həyatıma nifrət etdim” - VİDEO

Manaf Ağayev: “Aşıq Zülfiyyə ilə yol getdim, həyatıma nifrət etdim” - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: “Aşıq Zülfiyyə ilə yol getdim, həyatıma nifrət etdim” - VİDEO
105803
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avtomobillə oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm “sürəti azalt”. Ümumiyyətlə sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla (aşıq Zülfiyyə İbadova – red.) yol getmişəm, həyatıma nifrət eləmişəm”. 

Bizim.Media xəbər verir ki,  bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Günün sədası” verilişində deyib. 

Sənətçi bildirib ki, aşıq Zülfiyyə İbadova ilə rayona toya gedəndə, avtomobili olduqca yüksək sürətlə idarə etdiyindən, həyacan keçirərək, qorxub. 

“Zülfiyyə xanım avtomobili olduqca yüksək sürətlə sürür. 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomibil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var” – deyə Manaf vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO