Tovuzda oğul atasını öldürdü  - DƏHŞƏTLİ QƏTL + YENİLƏNİB

Tovuzda oğul atasını öldürdü - DƏHŞƏTLİ QƏTL + YENİLƏNİB

Hazırda oxunan: Tovuzda oğul atasını öldürdü - DƏHŞƏTLİ QƏTL + YENİLƏNİB

97727
Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

DİN-dən Moderator.az-a verilən məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb.

İlham hadisə yerində ölüb.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

22:05 (28.09.2015)

Tovuzda qətl hadisəsi baş verib.

Moderator.azxa0apa-ya isitnadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Qafur Qarayev mübahisə zəminində atası, 1966-cı il təvəllüdlü İlham Qarayevin başını bir neçə dəfə divara çırparaq qətlə yetirib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO