
- A-
- A
- A+
Kriminal
11:26 / 13.02.2019
1 dəq oxunma
Bakı aeroportunda xeyli xəz geyimi aşkarlandı - FOTO
Hazırda oxunan: Bakı aeroportunda xeyli xəz geyimi aşkarlandı - FOTO
258682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Moderator.az-a verilən məlumatda bildirilib.
Belə ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub.
Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə “Qırmızı kanal”a yönləndirilib.
Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.xa0
Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































