Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Hazırda oxunan: Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

166502
Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
xa0
Dövlət Gömrük Komitəsininve verilən məlumata görə, əməliyyat tədbiri Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən mağazanın qarşısında baş tutub. Burada Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatının satışı və daşınması ilə məşğul olan Gəncə sakininin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı aparılıb.
xa0
Baxış zamanı, avtomobilin salonunda sözügedən şəxsə məxsus 5 ədəd sellofan çantanın və 2 ədəd karton qutunun içərisində xarici ölkələrdə istehsal olunmuş, Azərbaycanın aksiz markası ilə markalanmamış cəmi 31 800 ədəd “Pirveli Premium”x9d, “Golden Gate Blue”x9d və “Dubao Red”x9d adlı siqaretlər aşkar edilib.
xa0
Faktla bağlı araşdırma aparılır.(apa)

gomrukculer

gomrukculer
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO