Türkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" – FOTO

Türkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" – FOTO

Hazırda oxunan: Türkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" – FOTO

607469

“Oğlumun tipik yeniyetməlik və imtahan problemləri, stresləri vardı. Psixoloq, oğlumun cəmiyyətə uyğunlaşma məsələsində problem yaşayacağını, bir az nəzarətdə qalmasının lazım olduğunu söyləmişdi. Həkim gələcəkdə psixoloji müalicənin lazım ola biləcəyini demişdi”.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu sözləri Kahramanmaraşda məktəbə silahlı hücum edən uşağın polis olan atası Uğur Mersinli ifadəsində deyib.

“Dostları ilə atış məşqlərinə getmək istəyirdi. Təxminən bir ay əvvəl məndən nə vaxt icazə verəcəyimi soruşdu. Bazar ertəsi günü polis atış poliqonuna gedib öz silahımla məşq etdim və oğluma bir neçə atəş açmağa da icazə verdim. Mənim yeddi lisenziyalı odlu silahım və iki ov tüfəngim var. Bunların hamısı qaydalara uyğun olaraq mənim adıma qeydiyyatdan keçib”, - o bildirib.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə 14 yaşlı İsa Aras Mersinli silahla hücum edib.

Nəticədə 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Daha sonra yeniyetmə intihar edib. Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO