Ayxan Abbasov “Şamaxı”dan gedir? – Özündən AÇIQLAMA

Ayxan Abbasov “Şamaxı”dan gedir? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Ayxan Abbasov “Şamaxı”dan gedir? – Özündən AÇIQLAMA

607434

Futbol üzrə milli komandamızın baş məşqçisi Ayxan Abbasovun paralel olaraq çalışdığı “Şamaxı” klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Bildirilir ki, bütün diqqətini milli komandaya yönəltməyə çalışan təcrübəli mütəxəssis mövsümün sonunda bölgə klubu ilə yollarını ayırmağa hazırlaşır. Hətta bu barədə baş məşqçi klub rəhbərliyini də məlumatlandırıb.

Məsələni dəqiqləşdirmək üçün Ayxan Abbasovun özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında “Şamaxı”dan ayrılacağını istisna etmədi:

“Şamaxı” ilə müqaviləm may ayının sonuna qədərdir. Mövsüm başa çatandan sonra rəhbərliklə danışacağıq. Onlarla bir neçə dəfə görüşüb müzakirələr aparmışıq. Amma hal-hazırda çempionatın başa çatmasını gözləyirik. Çünki “Şamaxı”nın planları haqqında məlumat almalıyam. Hər şey aydınlaşandan sonra yəqin ki, qəti qərar verəcəyəm. Klubdan ayrılacağım da istisna deyil”.

Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”nın baş məşqçisi kimi fəaliyyət göstərir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO