Dünən Moderator.az - a daxil olan ilginc məlumat əsasında oxuculara belə bir material təqdim etmişdik ki, MTN Antiterror Mərkəzinin həbsdə olan rəisi, general Elçin Quliyev, onun intihar etmiş müavini, polkovnik İlqar Əliyev vaxtilə Cahangir Hacıyevin "səxavət"indən maksimum yararlanaraq "Beynəlxalq Bank"dan krdedit adı ilə milyonlarla pul çıxarıblar, üstəlik, nəinki heç bir girov qoyulmayıb, hətta aradan keçən xeyli müddət ərzində heç bir simvolik kredit faizi də ödəməyiblər və sanki bu milyonları onlara hansısa xidmətləri müqabilində verilmiş bir bəxşiş hesab ediblər...
Həmin yazını bu linkdən oxuya bilərsiniz---moderator.az/news/117132.html
Sonradan İlqar Əliyevin həbsxanada özünü asması haqlı olaraq cəmiyyətdə onun çoxlu sirr bildiyi səbəbindən aradan götürüldüyü iddialarını yaratdı.
Elə isə, İlqar Əliyevin müəmmalı intiharında bir ipucu da onun adına götürülən milyonlarla kredit ola bilərmi? Siz istintaqçı olsaydınız onun intiharının səbəblərini araşdırarkən ilk növbədə nədən başlayardınız?
Moderator.az-ın əməkdaşı bu sualla müraciət etdiyi keçmiş MTN polkovniki İlham İsmayıldan aşağıdakı cavabı alıb:
"Balzakın "Qorio ata" romanında madam Vokenin evini yazıçı belə təsvir edir: "Paris bir okeana bənzəyir. Ədəbiyyat üzgüçüləri onun dərinliyini ölçmək üçün nə qədər cəhd etsələr də yenə də kəşf olunmamış bir künc qalacaq. Madam Vokenin evi də belə künclərdən biriydi"
İndi Beynəlxalq Bankla bağlı cəmiyyətə məlum olanlarla hələ də məlum omayanları tərəzinin gözünə qoysaq ikincilər çox ağır gələr, çünki ortada bank müdirinin "səxavət boxçası" yox, doymaz tamah dayanır ki, o yalnız "MTN karxanasının generallarının" iştahası ilə bitmir və daha səlahiyyətlilərin milyonları gündəlik cib xərcliyi kimi bankdan necə çıxardıqlarını "istintaq üzgüçüləri" dərinliklərə baş vurub tapmaq istəsələr də, yenə də bizə məlum olmayanlar bir sirr kimi gələcəyə qalacaq. Gələcəyin zaman kəsiyisə uzun da ola bilər, qısa da...İlqar Əliyevin adına milyonlarla kreditin götürülməsi onun müəmmalı intiharının tam deyil, bir tərəfidir. İ. Əliyev və o zümrədən həbs olunan və həbs olunmağa potensial namizədələr yalnız bank işində deyil, çox məsələlərdə əlbir cinayətlər törədiblər. Ona görə də hesab edirəm ki, kredit bu intiharda ən son versiya ola bilər. Daha güclü səbəblər var ki, o da yaxın, uzaq gələcəkdə məlum olacaq.
İkincisi də mən istintaqçı yox, əməliyyatçıyam. İlk əməliyyat - istintaq tədbiri kimi ona tapşırıq, göstəriş verən səlahiyyətlilərlə onu bağlayan əməlləri araşdırar, hər kəsin törətdiyi günahın, cinayətin dərəcəsini müəyyənləşdirərdim. Bir məsələ isə aydındır: İlqar Əliyev icraçıdır, təşkilatçı deyil, elə Cahangir Hacıyev də...



































































































