Karqo şirkətləri üzərində nəzarəti artırmaq ölkə iqtisadiyyatına nə verəcək? – Ekspertdən AÇIQLAMA

Karqo şirkətləri üzərində nəzarəti artırmaq ölkə iqtisadiyyatına nə verəcək? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Karqo şirkətləri üzərində nəzarəti artırmaq ölkə iqtisadiyyatına nə verəcək? – Ekspertdən AÇIQLAMA

95756

Ötən günlərdə xarici elektron ticarət platformalarından sifariş olunan məhsullara və onları gətirən karqo şirkətləri üzərində nəzarətin gücləndirilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, təklif Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyəti tərəfindən Dövlət Vergi Xidməti nümayəndələri ilə görüşdə səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşların karqo şirkətləri ilə sifariş verdiyi mallar niyə gecikir? – SƏBƏB


Kargo şirkətləri üzərində nəzarətin gücləndirilməsi vətəndaşların yerli məhsul istehlakında alıcılıq qabiliyyətini artıra biləcək? 

İqtisadçı ekspert Fərid Mehralızadə hesab edir ki, bu əslində çox uğursuz təklifdir:

“Onlar bundan əvvəl xarici elektron platformalarında ödənişlərə əlavə vergi qoymağı gündəmə gətirmişdilər. Sözügedən qurumlar bazarda uduzduqlarını bilirlər və inzibati yollarla çatışmamazlıqları aradan qaldırmağa çalışırlar.

Əksinə, kargo şirkətlərinə nəzarəti gücləndirmək yox, bazarda sağlam rəqabət mühiti bərqərar etmək lazımdır. İnzibati nəzarət metodları ilə dayanıqlı keyfiyyət dəyişiklikləri olacağını düşünmürəm, olsa belə uzun-müddətli yox, qısa-müddətli olacaq.

Ən azından aydındır ki, bu uğurlu idarəetmə metodu deyil. Dayanıqlı keyfiyyət dəyişikliklərinə nail olmaq istəyiriksə, bazar iqtisadiyyatı şərtlənirə əməl etmək lazımdır.

Məsələn, bazara girişi sərbəstləşdirmək, hər sahibkara eyni şansı vermək lazımdır. Ticarət, vergi, gömrük sistemi liberallaşdırmaq mütləqdir, yoxsa inzibati metodlarla hansısa ciddi uğur əldə edilə bilməz”.

Ekspert qeyd edir ki, yüngül sənaye ölkəmizdə zəif inkşaf etdiyindən, kargo şirkətiləri üzərindən geyim və bu qəbildən olan digər məsullara tələbat gözləniləndən artıqdır.

Daxili bazarda isə daşımaların formalaşdırılması üçün nizamlayıcı və təşviq edici tədbirlərə ehtiyac var:

“Dövlət qurumları kargo şirkətləri ilə kargo bazarının inkişafına maraqlı olmalıdır. Daxili kargoda müəyyən çağırışlar duyuruq. Türkiyə və digər ölkələrin praktikasında daxili kargo sistemi çox yaxşı işləyir. Daxili çatdırılma yaxşı hala gətirilsə, Azərbaycanın özündə vahid elektron platforması yaratmaq və onu inkişaf etdirmək daxili bazar üçün daha müsbət irəliləyiş olardı.

Əfsuslar olsun ki, kargo şirkətlərinin əlacsızlığı buarada ortaya çıxır, çünki onların ölkə ərazisində yetərli infrastruktur imkanları yoxdur”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO