Beynəlxaq Bank problemi ölkə pambıqçılığını bitirir...

Beynəlxaq Bank problemi ölkə pambıqçılığını bitirir...

Hazırda oxunan: Beynəlxaq Bank problemi ölkə pambıqçılığını bitirir...

91370
Bir həftədən sonra ölkədə pambıq yığımına start veriləcək. Amma Moderator.az - a Sabirabad rayonundan göndərilən haray məktubunda iddia olunur ki, belə getsə zülmlə yetişdirdikləri məhsulları sahədə qalacaq, nə yığan olacaq, nə hazır məhsulu alan...

Cənab Prezident! 

Kənd təsərrüfatı ilinin yekunlaşmasına 4 ay qalıb. Amma bu il çox təəssüf ki, kənd təsərrüfatında çalışan on minlərlə fermer üçün yola salmağa hazırlaşdığımız il inkişaf yox, narahatçılıq və problem ili kimi yadda qalacaq. Çünki əkdiyimiz pambığın becərilməsində ilk gündən çeşidli problemlərlə üzləşdik. Fevraldakı devalvasiyadan sonra problemlər yaşayan bank sektoru, xüsusən də tərəfdaşımız olan Beynəlxalq Bank ətrafında yaşananlar işimizi xeyli çətinləşdirdi. 

Möhtərəm prezident!

Bu gün kənd təsərrüfatının daha bir vacib sahəsi olan heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayaraq “Aqrolizinq”x9d Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmasına göstəriş verməyinizdən ürəklənərək bir daha problemimiz barədə təxirəsalınmaz tədbirlər görülməsi üçün Sizə müraciət etmək qərarına gəlmişik. Təəssüflə bildiririk ki, üzləşdiyimiz problemlərlə bağlı dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinə müraciət etmişik, ancaq heç bir kəsərli addımlar atılmayıb. Elə ona görə də Sizi narahat etmək zorunda qalmışıq.

Cənab Prezident!

Bildirim ki, ölkəmizdə bir həftədən sonra pambıq tədarükü başlayır. Qeyd etmək istəyirəm ki, bu il Azərbaycanda yüz mindən artıq adam pambıq əkmişdir və bu orta hesabla yarım milyon əhalini əhatə edir. Yəni bu qədər adam gözünü o məhsula dikib. Beynəlxalq Bankla baglı yaranmış problemlərlə əlaqədar olaraq bizə müqavilə əsasında pambıq əkdirən  "CTZ- AQRO" MMC şirkətinin fəaliyyəti iflic olduğuna görə çox böyük çətinliklər çəkərək pambığımızı yetişdirdik. Lakin hazırda xeyli borclarımız yaranıb ki, onu da pambıq tədarükü başlayan kimi ödəməliyik. Əks halda min bir zəhmətlə yetişdirdiyimiz məhsul sahədə qalacaq, müflis olacağıq. Bu borclarımız əsasən pambığın becərilməsində və suvarılmasında işləyən adamlaradır və yaxın günlərdə həmin pulları ödəməsək fəlakət qaçılmaz olacaq.

Cənab Prezident, indi bizlərə məlum olub kı, bizə pambıq əkdirən şirkətin pambığımızı qəbul etmək imkanı yoxdur. Çünki pulları yoxdur, ya da kredit kotürmək istəmirlər. Əgər bu baş verərsə, yəni pambığımızı gotürüb pulumuzu verməsələr, bu, bizim üçün çox boyük fəlakət olar.  

Cənab prezident, Sizdən xahiş edirik bu məsələyə təcili  müdaxilə edəsiniz.


Sabirabadlı sahibkar, 
225 hektar sahədə pambıq əkməyinə peşman olan rayonun 

Zənqənə kənd sakini Əfras Əsgərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO