4 min avro maaş olan ölkədə gözlənilməz mənzərə – Hər 9 nəfərdən biri avtomobil ala bilmir

4 min avro maaş olan ölkədə gözlənilməz mənzərə – Hər 9 nəfərdən biri avtomobil ala bilmir

Hazırda oxunan: 4 min avro maaş olan ölkədə gözlənilməz mənzərə – Hər 9 nəfərdən biri avtomobil ala bilmir

636573

2025-ci ildə Avropa İttifaqı əhalisinin 5,5 faizi şəxsi istifadə üçün avtomobil saxlamağa maddi imkanının çatmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Aİ ölkələri arasında ən yüksək göstərici Finlandiyada qeydə alınıb.

Burada əhalinin 11,3 faizi şəxsi avtomobilə sahib olmağa maddi imkanının çatmadığını bildirib.

Maraqlıdır ki, Finlandiyada tam ştat işləyənlərin orta aylıq əməkhaqqı 2025-ci ildə təxminən 4 185 avro brutto təşkil edib. Ölkənin 2025-ci il dövlət büdcəsində xərclər isə təxminən 88,8 milyard avro səviyyəsində nəzərdə tutulub.
 

Buna baxmayaraq, Finlandiyada təxminən hər 9 nəfərdən biri şəxsi avtomobil saxlamağa maddi imkanının çatmadığını bildirib.


Sonrakı yerlərdə Macarıstan 10,4 faiz və Bolqarıstan 10 faiz göstərici ilə qərarlaşıb. Ən aşağı göstərici isə Kiprdə qeydə alınıb – cəmi 1,6 faiz. Sloveniyada bu rəqəm 1,7 faiz, Xorvatiyada isə 2,6 faiz təşkil edib.

Statistik göstərici şəxsi istifadə üçün avtomobil saxlamağa maddi imkanı çatmadığını bildirən ev təsərrüfatlarında yaşayan əhalinin payını əks etdirir.

Təqdim olunan xəritədə Aİ və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri üzrə mövcud məlumatlar göstərilsə də, reytinq yalnız Avropa İttifaqına üzv ölkələrin göstəriciləri əsasında hazırlanıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO