Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Hazırda oxunan: Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

627780

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam neft ixrac edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 247 milyon 845 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 %, dəyəri isə 34,4 % azalıb.

6 ayda Azərbaycanın ümumi neft ixracında Rumıniyanın payı 4,6 % olub.

Xatırladaq ki, hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO