Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA

622832

Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

Bəs, tikinti işləri nə vaxt yekunlaşdırılacaq?

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, tunelin tikintisində son tamamlama işləri aparılır:

“Amma dəmir yolu xəttində tikinti işləri yekunlaşdırılıb”.

Azərbaycan Dəmir Yolları” QSC-dən verilən açıqlamada isə qeyd olunub ki, hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir:

“Eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra qeyd edilən istiqamətdə sərnişin daşımaları bərpa olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO