Kredit borcu olanların NƏZƏRİNƏ – Qurban bayramında...

Kredit borcu olanların NƏZƏRİNƏ – Qurban bayramında...

Hazırda oxunan: Kredit borcu olanların NƏZƏRİNƏ – Qurban bayramında...

615294

Xalqımız növbəti Qurban bayramını qeyd etməyə hazırlaşır. Hər kəs bu bayramda könül sevindirməyə, ehtiyac sahiblərinə yardım etməyə çalışır. Mütləq əksəriyyət isə qurban kəsmək istəyir.

Bəs, borcu və yaxud banka kredit ödənişi olan şəxslərə qurban kəsmək vacibdirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyir ki, Qurban İslam dinində bir ibadət növüdür:

“Maddi imkanı sabit olan müsəlmanların qurban kəsməsi əmr olunub. Hətta bu ayinin İbrahim və İsmail peyğəmbərlərdən gələn məşhur ənənəsi də hər zaman xatırlanır. İnsanın Allaha olan sadiqliyi bir növ onun varını, malını Allah yolunda sərf etməsi imtahanına tuş gəlir. Qurban kəsib fəqir təbəqəyə paylamaq dinin sosial yönlərinin təzahürüdür. Krediti, borcu, sələmi olan şəxslər qurban kəsə bilməz”.

Bəzi insanlar qurban kəsir, amma ətinindən pay vermir, ancaq özləri istifadə edirlər. Bu doğrudurmu?

Müsahibimiz deyir ki, kəsdiyi qurban yalnız özünə və ailəsinə kifayət edən şəxslər  bu əti özləri üçün sərf edə bilərlər:
 

“Ancaq maddi imkanı normal olan şəxslərin kəsilən qurbanın ətinin hamısını özü istifadə etməsi, kasıblara pay ayırmaması qurbanın mahiyyətinə ziddir. Qurban paylaşmaq, yardımlaşmaq üçündür. Hətta qurban ətini qeyri-müsəlmanlara da vermək olar. Təbii ki, ehtiyacı olanlara və İslama düşmən olmayanlara.


Qurban ibadətinin mahiyyəti sosial bərabərliyi nizamlamaq, varlı-kasıb sinifləri arasında fərqi azaltmaqdır. Kəsib ancaq özü yeyən, kabab məclisləri qurub yalnız imkanlı çevrəsini dəvət edən şəxslərin etdiyi əməl ibadət yox, zəlalət sayıla bilər. İslamda ibadətlərin hamısının fərdi mahiyyəti ilə yanaşı ictimai, sosial yönləri də var. Gərək elə icra olunsun ki, ibadəti əsas hədəfi məlum olsun. Borcu, krediti olan ailələr qurban kəsməməlidir. Əksinə, onların özünə qurban payı ayrılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO