Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Hazırda oxunan: Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

611513

Həyat sığorta növləri arasında “Həyatın yaşam sığortası” var. Bu yeganə sığorta növüdür ki, həm təminat verir, həm də hadisə baş vermədiyi təqdirdə belə vətəndaşa qazandırır.

Bəs bu necə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, “Həyatın yaşam sığortası” müqaviləsi 3 il müddətində bağlanılır:

“Bu müddətdə vətəndaş dünyasını dəyişərsə sığortaçının varislərinə kompensasiya verilir. Əgər 3 il müddətində heç bir hadisə baş vermirsə, sığortaçı yatırdığı pulun üzərində müəyyən bir qazanc əldə edir.

Hesablanmaya gəlincə...

Tutaq ki, mən hər ay əmək haqqımdan 100 manat “Həyatın yaşam sığortası” üzrə sığorta şirkətinə ödəniş edirəm. 3 ilin sonunda mən sığortaya 3 min 600 manat ödəmiş oluram.

Sığorta şirkəti müqavilə müddəti bitəndən sonra yatırdığım vəsaiti 27-28 faiz əlavə ilə geri qaytarır. Nəticədə mən ümumilikdə sığorta şirkətindən 4 min 700, 4 min 800 manat vəsait alıram. Bu çox fərqli və maraqlı bir sığorta növüdür. Sığortaçı dünyasını dəyişdiyi halda həmin vəsaiti onun vərəsələri ala bilir”.

Müsahibimiz “Həyatın yaşam sığortası”nın daha bir üstünlüyünü də qeyd edib:

“Vətəndaş bu sığorta növündən istifadə edərkən pensiya fonduna, vergiyə və digər ödənişlərdən azad olur. Əmək haqqından pensiya fonduna vergiyə və digər sahələrə ödəniləcək vəsait 100 manatın içində sığorta şirkətinə ödənilir. Nəticədə vətəndaş həm ödədiyi vergilərdən konkret qazanc əldə edir, həm də əlavə qazanc götürür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO